• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

“WhatsApp”da YENİLİK

Multİmedia

05 Fevral 2023 | 09:20

“WhatsApp”da YENİLİK

"WhatsApp" istifadəçiləri bundan sonra şəxsi mesajlarda və qrup çatlarında mesajları sabitləmək imkanı əldə edə biləcəklər.

Bakıvaxtı.az xəbər verir ki, yeni funksiyanın köməyi ilə istifadəçilər mətndə istədikləri məlumatı tez və asanlıqla seçə bilərlər.

Bu xüsusiyyət "Slack" və "Telegram" kimi tətbiqlərdə gördüyümüz kimi ola bilər . Bu tətbiqlərdə sabitlənmiş mesajlar həmin kanalın və ya söhbətin üstündə görünür.

Xüsusiyyət hazırda inkişaf mərhələsindədir və dəqiq tarix hələ bilinməsə də, gələcəkdə ediləcək bir yeniləmə ilə tətbiqə əlavə olunacaq.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.


SON XƏBƏRLƏR