• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

"iPhone"nun bu modelləri iOS 17 yeniləməsini almayacaq

Multİmedia

05 Fevral 2023 | 09:06

iPhonenun bu modelləri iOS 17 yeniləməsini almayacaq

Apple bəzi köhnə "iPhone" modellərində iOS 17 yeniləməsi üçün dəstəyi dayandıracaq.

Bakıvaxtı.az xəbər verir ki, uzun müddətdir texnoloji məhsullarına proqram təminatı dəstəyi ilə tanınan şirkətin A11 Bionic prosessorlu modellər üçün proqram dəstəyini dayandırması gözlənilir.

A11 Bionic prosessoru ilə təchiz edilmiş və iOS 17 almayacaq "iPhone" modelləri aşağıdakılardır:

1) iPhone 8

2) iPhone 8 Plus

3) iPhone X

"Bloomberg"dən "Apple" analitiki Mark Qurman bu yaxınlarda iOS 17 yeniləməsi üçün hər hansı böyük yenilik gözləməyin düzgün olmayacağını açıqlayıb. Çünki Qurman texnoloji şirkətin bu il virtual reallıq sahəsində intensiv işlədiyini və əsas diqqəti ona yönəltdiyini bildirir.


SON XƏBƏRLƏR