Avropa Birliyi Komissiyası, üzv dövlətlər və WhatsApp arasındakı dialoqdan sonra istifadəçilərə daha yaxşı məlumat vermək və müqavilə yeniləmələri barədə istifadəçilərin seçimlərinə hörmətlə yanaşır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Birliyinin açıqlamasına bildirilir.
Açıqlamada qeyd olunur ki, WhatsApp istifadəçilərin şəxsi məlumatlarını digər əmtəə şirkətləri və ya üçüncü tərəflərlə, o cümlədən reklam və ya digər məqsədlər üçün bölüşməyəcək.
AB Komissiyası və AB ölkələrinin İstehlakçı Qoruma orqanları, keçən il istifadəçilərin şəxsi məlumatlarının istifadəsi barədə WhatsApp-a xəbərdarlıq məktubu göndərib.
Məktubda şirkətin 2021-ci ildə xidmət şərtləri və məxfilik siyasətindəki dəyişiklikləri aydınlaşdırmasını istənilir.
AB hesab edir ki, WhatsApp-ın dəyişiklikləri istehlakçıların müdafiəsi qanununa uyğun olmalıdır.
Murad Məmmədli















