• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk edib

MULTİMEDİA

22 Yanvar 2023 | 20:33 | Müəllif: Subhan Mahmudov

“Twitter” əməkdaşlarının 80 faizi şirkəti tərk edib

Milyarder İlon Maskın "Twitter"-i almasından sonra şirkətin əməkdaşlarının 80 faizə yaxını ya işdən çıxarılıb, ya da öz ərizəsi ilə işdən çıxıb.

Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, bu barədə CNBC telekanalı "Twitter"-də daxili yazışmalara istinadən məlumat yayıb.

Beləliklə, şirkət əməkdaşlarının sayı 1,3 minə qədər azalıb. Xüsusən istifadəçilərin təhlükəsizliyinin təmini üçün şirkətin siyasəti, dizaynı və məhsul dəyişikliyinə dair məsləhətlər verməklə məşğul olan sektorunun əməkdaşlarının sayı hazırda 20 nəfərə qədər azalıb. Ekspertlər təcrübəli əməkdaşların sayının azalmasının "Twitter"-ə xidməti çətinləşdirəcəyi qənaətindədirlər. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026