• Bakı 20° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Hackerlər ChatGPT çat-botunu virusların yaradılmasında istifadə edirlər

Multİmedia

10 Yanvar 2023 | 02:34

Hackerlər ChatGPT çat-botunu virusların yaradılmasında istifadə edirlər

Süni zəka əsaslı ChatGPT çat-botunun istifadəyə verildiyi vaxtdan o, geniş tətbiq sahələrində istifadə edilib.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən çat-bot istifadəçilərin suallarına cavab verməklə yanaşı həmçinin texniki məqalələr, şeirlər, esselər və hətta proqram təminatı kodlarını tərtib edə bilir. Məlum olub ki, çat-botun proqram təminatı kodlarını tərtib etməsi bacarığını xüsusilə nəzarətdə saxlamaq lazımdır. Belə ki, bu və ya digər istifadəçinin istəyi ilə çat-bot zərərli proqram təminatı kodunu tərtib edə bilər. Check Point Research adlı kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri bu məsələ ilə bağlı yeni hesabat təqdim ediblər və həmin hesabatda hacker forumlarının iştirakçılarının zərərli kodların və fişinq məqsədli elektron məktubların tərtib edilməsində ChatGPT-dan necə istifadə etdikləri barəsində məlumatları təqdim ediblər.

Məlumatda qeyd edilib ki, zərərli kodların və fişinq məqsədli elektron məktubların tərtib edilməsində ChatGPT-dan istifadə edənlərin bir hissəsi ya böyük olmayan proqramlaşdırma təcrübəsinə sahibdirlər, ya da ümumiyyətlə heç bir təcrübəyə sahib deyillər. Mütəxəssislər öz hesabatlarında ChatGPT tərəfindən Python proqramlaşdırma dili vasitəsilə yazılmış skriptlərdən bir neçəsini nümunə gətiriblər. Məsələn skriptlərdən birini müəyyən təkmilləşdirmədən sonra istifadəçinin kompüterindəki məlumatları şifrələyən zərərli proqram təminatı koduna çevirmək olar. Çat-bot tərəfindən Python vasitəsilə tərtib edilmiş digər bir skript isə müəyyən formatlı faylların axtarılması və daha sonra onların hackerlərin serverlərinə göndərilməsi üçün nəzərdə tutulub.

Digər bir nümunədə isə ChatGPT tərəfindən tərtib edilmiş skript online ticarət platformasının işə salınması üçün nəzərdə tutulub. Lakin söhbət, oğurlanmış faylların satılması üçün nəzərdə tutulmuş online ticarət platformasından gedir. Check Point Research şirkətinin mütəxəssisləri özləri ChatGPT-nı kiberhücumunun modelləşdirilməsində istifadə etməyə çalışıblar və bu məsələdə çat-bot onları yanıltmayıb (technote.az). Belə ki, çat-bot fişinq məqsədli inandırıcı məktub tərtib edib və həmin məktubda hostinq şirkətlərindən birinin hesabının bloklandığı qeyd edilib və üstəlik məktubda yüklənilməsi təklif edilən Excel fayl yerləşdirilib. Bir neçə cəhddən sonra isə ChatGPT həmçinin həmin Excel fayl daxilinə zərərli kodun yelrəşdirilməsinə də nail olub.


SON XƏBƏRLƏR

23 Aprel 2024