• Bakı 16° C

    3.3 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Meta 725 milyon dollar təzminat ödəyəcək - Cambridge Analytica qalmaqalı

Multİmedia

29 Dekabr 2022 | 02:30

Meta 725 milyon dollar təzminat ödəyəcək - Cambridge Analytica qalmaqalı

2018-ci ildə məlum olmuşdu ki, Meta şirkəti (həmin vaxtda şirkət adı Facebook) siyasi konsaltinq sahəsində fəaliyyət göstərən Cambridge Analytica şirkəti üçün özünün 87 milyon istifadəçisinin məlumatlarını açıq şəkildə təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, artıq mövcud olmayan Cambridge Analytica şirkəti isə 2016-cı ildə ABŞ-dakı prezident seçkiləri kampaniyası çərçivəsində fəaliyyət göstərmişdi. Həmin vaxtda Facebook administrasiyası şirkətə özünün milyonlarla istifadəçisinin konfidensial məlumatlarını yığmağa icazə vermişdi.

Cambridge Analytica yığılmış həmin məlumatlar əsasında istifadəçilərin siyasi profillərini yaratmış və onlardan siyasi reklam targetinqində istifadə etmişdi. Bu məsələnin ortaya çıxması öz növbəsində böyük qalmaqala səbəb olmuşdu. Nəticədə ABŞ hökuməti sosial şəbəkənin konfidensiallıq siyasətini araşdırmağa başladı və hətta Meta-nın CEO-su Mark Zuckerberg bu məsələ ilə bağlı ifadənin verilməsi üçün ABŞ Konqresinə çağırılmışdı. Bununla yanaşı bu məsələnin 2018-ci ildə ortaya çıxması zamanı Meta-ya qarşı kollektiv məhkəmə iddiası qaldırılmışdı.

 İndi isə məlum olub ki, 2018-ci ildə start götürmüş məhkəmə prosesinin nizamlanması üçün Meta şirkəti 725 milyon dollar təzminat ödəmək qərarına gəlib. Məhkəmə iddiasını qaldırmış şəxslərin vəkilləri bildiriblər ki, bu, ABŞ tarixində məlumatların konfidensiallıqları məsələsində qaldırılmış kollektiv məhkəmə iddiasının nizamlanması üçün ödənilməsi nəzərdə tutulmuş ən böyük məbləğdir (technote.az). Bununla belə Meta şirkəti yekun olaraq qanun pozuntusunu qəbul etməyib və qeyd edib ki, o, cəmiyyətin və şirkətin səhmdarlarının maraqları çərçivəsində bu məsələnin nizamlanmasına razı olub.


SON XƏBƏRLƏR