• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

TikTok-un ABŞ-dakı istifadəçilərinin məlumatları əldə edilib

Multİmedia

26 Dekabr 2022 | 04:27

TikTok-un ABŞ-dakı istifadəçilərinin məlumatları əldə edilib

TikTok-un sahibi olan ByteDance şirkətinin bəzi əməkdaşları TikTok-un ABŞ-dan olan istifadəçilərinin məlumatlarını qeyri-qanuni şəkildə əldə etmiş ola bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu vəziyyət ByteDance şirkətinin öz platformasının təhlükəsiz olması məsələsində ABŞ hökumətini inandırmaqda çətinliklər yaradacaq. “Bu hadisədə iştirak etmiş bəzi əməkdaşlar platformanın istifadəçilərinin məlumatlarını əldə etmək üçün öz səlahiyyətlərindən sui-istifadə ediblər”, - deyə TikTok-un icraçı direktoru Shou Chew qeyd edib. Şirkət əməkdaşlarının, TikTok istifadəçilərinin məlumatlarını əldə etmələri halı şirkət daxili istintaqın aparılması nəticəsində ortaya çıxıb.

Qeyd etmək lazımdır ki, sözgüedən istintaq şirkət əməkdaşları barəsində məlumatların mətbuatda yayılmasına imkan verən mənbənin aşkar edilməsi məqsədilə bu ilin yay fəslində başlamışdı. Daxili audit prosesini reallaşdırmış ByteDance əməkdaşları bəzi jurnalistlərin hesabları barəsində məlumatları əldə ediblər. Məqsəd isə həmin jurnalistlərin TikTok təmsilçiləri ilə qarşılıqlı əlaqədə olub-olmamalarını təyin etmək olub.

 Bu əlavə istintaq isə kənar hüquq şirkəti tərəfindən aparılırdı. Məhz kənar hüquq şirkətinin əməkdaşları aşkar ediblər ki, ByteDance şirkətinin bəzi əməkdaşları istifadəçilərin məlumatlarını əldə etmək imkanına sahib olublar. Nəticədə bu cür fürsətdən istifadə imkanına sahib olmuş şəxslər işdən azad edilib. “Mən bildirmək istəyirəm ki, bu vəziyyət bizim şirkətin prinsiplərini əhatə etmir. Mən, hətta əməkdaşlardan ibarət kiçik bir qrupun belə bunu normal hesab etməsindən məyusluq duyuram” - deyə Shou Chew qeyd edib. Bundan əlavə olaraq kütləvi informasiya vasitələrində ByteDance şirkətinin TikTok-dan istifadə edərək bəzi amerikalı istifadəçilərin yerləşdikləri yerləri təyin etmək planları ortaya çıxandan sonra şirkət əlavə istintaqa start verdi (technote.az).


SON XƏBƏRLƏR

28 Mart 2024