• Bakı 19° C

    1.13 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Huawei smartfonunu səslə blokdan çıxarıarmaq olacaq

Multİmedia

21 Dekabr 2022 | 03:14

Huawei smartfonunu səslə blokdan çıxarıarmaq olacaq

Huawei şirkətinin yeni patenti smartfonlarda üz və barmaq izi skanını əvəz edə biləcək texnologiyanı əhatə edir.

Bakıvaxtı.az-ın məlumatına göre, belə ki, şirkətin yeni patentindəki texnologiya smartfonu səs vasitəsilə blokdan çıxartmaq imkanını təqdim edəcək. Ortaya çıxmış patent sənədində sözügedən texnologiyanın özəllikləri barəsində məlumat verilib. Beləliklə patent sənədindəki məlumatlara əsasən smartfonu səs vasitəsilə blokdan çıxartmaq üçün Huawei smartfondakı mikrofon əvəzinə naqilsiz qulaqlıqdan istifadəni təklif edir. Patent sənədində naqilsiz qulaqlığın smartfona qoşulması ardıcıllığı və səsli əmri təyin edən proses əks olunub. Səsin təyin edilməsi prosesi isə 3 mərhələdən ibarətdir:

- Smartfon səs nümunəsinin təqdim edilməsini təklif edir

- Naqilsiz qulaqlıq səs nümunəsini təyin edir və onu smartfona göndərir

- Smartfon səs nümunəsini qəbul edir və blok rejimini deaktiv edir.

    Patent sənədində həmçinin ikinci səsli əmr də qeyd edilib. Çox güman ki, ikinci səsli əmr smartfonun blokda olmadığı halda səsli köməkçinin unikal funksiyalarını işə salmaq üçün nəzərdə tutulub. Huawei şirkəti HarmonyOS əməliyyat sistemində və ya EMUI istifadəçi interfeysində səsli əmr vasitəsilə smartfonun blokdan çıxarılması funksiyasını hələ anons etməyib.


SON XƏBƏRLƏR