• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Internet Explorer brauzeri bu tarixdə tamamilə deaktiv ediləcək

Multİmedia

20 Dekabr 2022 | 02:16

Internet Explorer brauzeri bu tarixdə tamamilə deaktiv ediləcək

Microsoft şirkəti Internet Explorer brauzerinin tam şəkildə deaktiv ediləcəyi tarixi açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin verdiyi rəsmi məlumata əsasən Internet Explorer 11 Windows 10-da 14 fevral 2023-cü il tarixində deaktiv ediləcək. Sözügedən proses Microsoft Edge yenilənməsi vasitəsilə reallaşdırılacaq. Həmin tarixdən sonra istifadəçi Internet Explorer-ə daxil olmaq istəyən zaman sistem onu Microsoft Edge brauzerinə yönləndirəcək. Bununla yanaşı istifadəçinin Internet Explorer-dəki məlumatları da avtomatik şəkildə Microsoft Edge brauzerinə köçürüləcək.

Microsoft Edge brauzerinə köçürüləcək məlumatlar arasında keş, cookie, şifrələr və s. məlumatlar olacaq. Microsoft-un sözlərinə əsasən bu, istifadəçilərin Edge brauzerinə keçid prosesini sadələşdirməlidir. Şirkət öz növbəsində Windows 10-dan Internet Explorer-in bütün vizual linklərini siləcək. Bu isə o deməkdir ki, istifadəçilər daha əməliyyat sisteminin Taskbar və Start bölmələrində Internet Explorer-in loqosunu görməyəcəklər. Qeyd etmək lazımdır ki, indiyənə kimi şirkət öz köhnə brauzerini mərhələli şəkildə deaktiv edib (technote.az). Bu ilin iyun ayında Internet Explorer Windows 10 LTSC, Windows 8.1 və Windows Server istisna olmaqla digər bütün Windows versiyalarından silinmişdi.


SON XƏBƏRLƏR

28 Mart 2024