• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Çıxarıla bilən batareyaları smartfonlara geri qaytarılır?

Multİmedia

22 Dekabr 2022 | 04:16

Çıxarıla bilən batareyaları smartfonlara geri qaytarılır?

Avropa Birliyi son zamanlarda mobil cihazlar bazarına ciddi təsir göstərəcək vacib qərarlar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, hələ bir neçə ay bundan öncə Avropa Birliyi tərəfindən qəbul edilmiş yeni qanuna əsasən 2024-cü ilin sonundan başlayaraq Avropa Birliyi regionunda satılacaq bir çox elektron cihaz USB Type-C girişi ilə təchiz olunmalıdır. Bu cür cihazlara smartfonlar, planşetlər, naqilsiz qulaqlıqlar, rəqəmsal kameralar, portativ oyun konsolları və s. daxildir. Bununla yanaşı Avropa Birliyində böyük texnoloji şirkətlərin platformalarında kənar tətbiq mağazalarından istifadənin mümkünlüyü də müzakirə edilir. Verilmiş yeni məlumata əsasən isə Avropa Komissiyası şirkətləri öz məhsullarını çıxarıla bilən batareyalar ilə təchiz etməyə məcbur etmək istəyir.

Bu yeni qanun layihəsinin sənədi smartfonların və digər elektron cihazların bəzi özəlliklərini nizamlayır. Bununla yanaşı yeni qanun layihəsi həmçinin elektrik enerjisi vasitəsilə çalışan nəqliyyat sahəsini və istənilən ölçüdə olan istehlak batareyalarını əhatə edir. Belə ki, bu qanun layihəsinə əsasən batareyaların çıxarılması və dəyişdirilməsi prosesi elə bir səviyyədə olmalıdır ki, istifadəçi onu fərdi şəkildə yerinə yetirə bilsin. Əgər bu qanun layihəsi hal hazırda sahib  olduğu tərkib hissəsi ilə birlikdə qəbul edilsə, istehsalçılara öz məhsullarında müvafiq dəyişikliklərin reallaşdırılması üçün 3.5 il vaxt təqdim ediləcək. Bu məsələdə böyük çətinliklərlə qatlana bilən smartfonların istehsalı ilə məşğul olan şirkətlər qarşılaşa bilərlər.

Belə ki, qatlana bilən smartfonlar heç də sadə gövdə konstruksiyasına sahib deyillər. Qatlana bilən smartfonlarda batareyalar adətən gövdənin müxtəlif yerlərində yerləşirlər. Ənənəvi smartfonlarda isə batareyanın dəyişdirilməsi prosesi nisbətən sadədir. Məsələn, Samsung şirkəti Galaxy Xcover 6 Pro smartfonunu çıxarıla bilən batareya ilə təchiz edir. Bununla belə sözügedən smartfon IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir (technote.az). Avropa Birliyi nümayəndələri həmçinin batareya üzərində onun həcmi, çalışma müddəti, kimyəvi tərkibi və emal edilmə üsulu barəsində məlumatların yerləşdirilməsini də müzakirə edirlər. Məlumatda qeyd edilib ki, sözügedən yeni qanun layihəsinin əsas məqsədi ətraf mühiti qorumaqdır. 


SON XƏBƏRLƏR

22 Aprel 2024