• Bakı 7° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlon Mask "Twitter"ə bu əlavələri etməyi planlaşdırır

MULTİMEDİA

24 Noyabr 2022 | 02:15 | Müəllif: Qalib İbrahimoğlu

İlon Mask "Twitter"ə bu əlavələri etməyi planlaşdırır

İlon Mask "Twitter"in mesajlar bölməsinə end-to-end şifrələnməsini, səsli və video zəngləri əlavə etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, "Twitter"in mesajlar bölməsi indiyənə kimi heç zaman etibarlı ünsiyyət vasitəsi olmayıb. 2018-ci ildə "Twitter" təmsilçiləri etiraf etmişdilər ki, şirkətlərin öz müştəriləri ilə "Twitter" daxilindəki ünsiyyətləri 2 il ərzində üçüncü tərəflər üçün açıq şəkildə olub.

Sosial şəbəkə dəfələrlə mesajlar üçün end-to-end şifrələnməsi funksiyasını təxirə salıb. İndi isə Maskın Twitter 2.0 strategiyası çərçivəsində mesajlara end-to-end şifrələnməsinin əlavə edilməsinin vacibliyi qeyd edilib. Bununla yanaşı Musk sosial şəbəkəyə səsli və video zəngləri əlavə etməyi planlaşdırır. Bu halda sosial şəbəkə Signal messencerinin yaxşı alternativi rolunda çıxış edə bilər. Belə ki, Signal messenceri qeydiyyat zamanı istifadəçilərdən hələ də telefon nömrəsinin daxil edilməsini tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026