• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Android 14 istifadəçilərə rahat naviqasiya üsulunu təqdim edəcək

Multİmedia

16 Noyabr 2022 | 06:44

Android 14 istifadəçilərə rahat naviqasiya üsulunu təqdim edəcək

Hələ Android 13-də Google şirkəti “geri naviqasiya” fuksiyası üzərində çalışmağa başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu funksiya aktiv tətbiqi bağlamadan əvvəlki pəncərəyə və ya ana səhifəyə nəzər yetirməyə imkan verir. İndi isə məlum olub ki, Android 14-də sözügedən rejim standart şəkildə aktiv olacaq. Google hətta bu rejimin necə görünəcəyini də sərgiləyb. Bu yeni funksiya animasiya vasitəsilə istifadəçiyə geri dönüş jestinin onu hara yönləndirəcəyini göstərir.

Bununla belə sözügedən proses çərçivəsində aktiv olan pəncərənin ölçüsü bir qədər kiçiləcək. Buna bənzər naviqasiya üsulu həmçinin iOS-də də reallaşdırılıb. Bu funksiyanı həmçinin Android 13-də də test etmək olar. O, əməliyyat sistemi daxilində tərtibatçılar üçün nəzərdə tutulmuş ayarlar vasitəsilə aktivləşdirilir. İndiki vaxtda sözügedən funksiya sadəcə bəzi Google tətbiqləri tərəfindən dəstəklənir.


SON XƏBƏRLƏR