““Onlayn Təhlükəsizlik Aktı”na əməl etməkdənsə, proqrama qadağa qoyulması daha yaxşı olardı, bu isə şifrələməni pozacaq”.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunu “WhatsApp” mesajlaşma proqramının direktoru Will Cathcart deyib.
Onun sözlərinə görə, qorxunc reallıq ondan ibarətdir ki, qlobal məhsul təklif edirlər: "İstifadəçilərimizin 100 faizinin təhlükəsizliyini zəiflədən bir dəyişiklik etmək bizim üçün çox çətin bir qərar olardı".
Britaniya hökuməti bu qanunun terrorçuları və uşaq istismarçılarını izləmək üçün zəruri olduğunu müdafiə edir.
Qeyd edək ki, WhatsApp əvvəllər Çin, Şimali Koreya, İran, Suriya, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qadağan edilmiş və ya məhdudlaşdırılmışdı.
Nuranə Daxilqızı
















