“Twitter”in yeni sahibi İlon Mask istifadəçinin sosial şəbəkədəki paylaşımlarda simvolların maksimum sayını artırmaq planları ilə bağlı sualını cavablandırıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Mask “Twitter”də yazdığı şərhdə bunu təsdiqləyib.
İstifadəçilərdən birinin İlon Maska ünvanladığı “Twitter”in yazılardakı simvolların sayını 280-dən 4000-ə qədər artıracağı doğrudurmu” sualına onun cavabı qısa olub: “Bəli”.
















