• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək

CƏMİYYƏT

12 Oktyabr 2026 | 17:14 | Müəllif: Əli Hüseynov

Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək

Sabah Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 13-də 110/35/10 kV-luq Xalçaçılıq yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar sabah saat 10:00-dan 12:00-dək Naxçıvan şəhəri 56, 59, 60 və 61-ci məhəlləri, Şəhriyar, Səməd Vurğun və Həsən Rəhmanov küçələri, Hərbi Şəhərcik-1, Universitet şəhərciyi, Uşaq Xəstəxanası və Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi dayandırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR