• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu il "Google Search"də ən çox bu mövzular üzrə axtarış edilib

MULTİMEDİA

11 Dekabr 2022 | 02:26 | Müəllif: Qalib İbrahimoğlu

Bu il "Google Search"də ən çox bu mövzular üzrə axtarış edilib

Google şirkəti artıq bitməsinə az qalmış 2022-ci ilin yekunlarını tərtib etməyə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, şirkət son 12 ay ərzində bütün dünyadan olan istifadəçilərin Google Search-də ən çox axtarış etdikləri mövzuların reytinqini tərtib edib. Bütün axtarış sorğuları müəyyən kateqoriyalar üzrə sıralanıb. Beləliklə son 12 ay ərzində Google Search-də insanların ən çox axtarmış olduqları mövzular aşağıdakı kimidir:

- Wordle (brauzerdə işə salınan söz oyunu)

- India vs England (kriket üzrə dünya çempionatı çərçivəsində Hindistan ilə İngiltərə qarşıdurması)

- Ukraine

- Queen Elizabeth

- India vs South Africa (kriket üzrə dünya çempionatı çərçivəsində Hindistan ilə Cənubi Afrika qarşıdurması)

- World Cup

- India vs West-Indies

- iPhone 14

- Jeffrey Dahmer (amerikalı seriyalı qatil)

- India premier league (Hindistanın kriket üzrə professional liqası).

2022-ci il üzrə istifadəçiləri xəbərlər bölməsində ən maraqlandıran mövzular Ukrayna ilə Kraliça II Elizabet olub. Məşhur şəxslər arasında axtarış sorğularında ən çox adı axtarılmış şəxs məşhur aktyor Johnny Depp olub.

Filmlərə gəldikdə isə istifadəçilər ən çox “Thor: Love and Thunder” flmi barəsində məlumatlar axtarıblar. Ən çox axtarılmış serial isə “Euphoria” olub (technote.az). 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026