• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Braziliyada yüzlərlə iPhone smartfonu müsadirə edilib - SƏBƏB

Multİmedia

27 Noyabr 2022 | 04:27

Braziliyada yüzlərlə iPhone smartfonu müsadirə edilib - SƏBƏB

Braziliyada yerli nizamlayıcı orqanın qərarına əsasən pərakəndə satış mağazalarından iPhone smartfonlarının müsadirə edilməsinə start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, səbəb isə onların şarj cihazı olmadan satılmalarıdır. Bu isə öz növbəsində Braziliyanın yerli qanunvericiliyini pozur. Hələ bir neçə müddət bundan öncə Braziliya hökuməti bu məsələyə görə Apple şirkətini cərimələmişdi. Braziliyanın Ədliyyə Nazirliyi tərəfindən təyin edilmiş qadağaya baxmayaraq ölkədə iPhone smartfonları komplektdə şarj cihazı olmadan satılır. Apple şirkətinin bu məsələ ilə bağlı 2.38 milyon dollar dəyərində cərimələnməsinə baxmayaraq şirkət bu strategiya üzrə satışları reallaşdırmağa davam edir. Verilmiş məlumata əsasən bu səbəbdən Braziliyadakı pərakəndə satış mağazalarından yüzlərlə iPhone modeli müsadirə edilib.

“Operation Discharge” adlı aksiyası vasitəsilə Braziliyanın nizamlayıcı orqanı Apple şirkətini yerli qanunvericiliyə riayət etməyə məcbur etmək istəyir. Yerli qanunvericiliyə əsasən Braziliya ərazisində satılan bütün smartfonların komplektlərində şarj cihazı olmaldıır. Məlumatda qeyd edilib ki, yerli nizamlayıcı orqan mobil şəbəkə operatorlarının və təsdiqlənmiş Apple resellerlərinin mağazalarından yüzlərlə iPhone modeli müsadirə edib (technote.az). Bununla belə bu məsələdə yekun qərarın verilməsinə kimi Apple şirkətinə Braziliyada iPhone satışlarını davam etdirməyə icazə vermiş məhkəmə hakimi Diego Camara Alves-in fikrincə şirkət istehlakçıların hüquqlarını pozmur. Bununla yanaşı o düşünür ki, yerli inzamlayıcı orqan öz imkanlarından sui-istifadə edir.


SON XƏBƏRLƏR