• Bakı 17° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

"Twitter"də YENİ FUNKSİYA:Göndərilən mesajlar...

Multİmedia

17 Noyabr 2022 | 05:02

Twitterdə YENİ FUNKSİYA: Göndərilən mesajlar...

Twitter istifadəçilərin bir-birilərinə göndərdikləri mesajlar daxilində end-to-end şifrələnmə funksiyası üzərində çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı tətbiqlər üzrə tədqiqatçı olan Jane Manchun Wong öz Twitter hesabında təqdim edib: “Twitter-in Android versiyası üçün mesajların end-to-end şifrələnməsi funksiyasının hazırlandığına dair işarələr görürəm”.

Sözügedən tweet-in paylaşılmasından bir neçə müddət sonra isə İlon Msk ona cavab olaraq göz vurmaq smayliki göndərib. Bu isə o deməkdir ki, Twitter-dəki mesajlar daxilində həqiqətən də end-to-end şifrələnmə funksiyası hazırlanır.

Sözügedən funksiyanın istifadəyə verilməsi öz növbəsində Twitter-i istifadəçilər üçün daha cəlbedici hala salacaq və sosial şəbəkəni Signal və Whatsapp kimi messencerlər ilə bir sıraya daxil edəcək. İstifadəçilər əmin olacaqlar ki, üçüncü tərəflər onların danışıqlarını izləməyəcəklər və mesajlar birbaşa cihaz daxilində şifrələnəcəklər.

Qeyd etmək lazımdır ki, Twitter-də end-to-end şifrələnmə funksiyasının reallaşdırılması barəsində məlumatlar hələ bir neçə il bundan öncə ortaya çıxmışdı (technote.az). Görünür, Maskın rəhbərliyi altında bu funksiya daha tez istifadəyə veriləcək.


SON XƏBƏRLƏR