• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Whatsapp"a yeni faydalı funksiyalar əlavə ediləcək

MULTİMEDİA

15 Noyabr 2022 | 03:00 | Müəllif: Qalib İbrahimoğlu

"Whatsapp"a yeni faydalı funksiyalar əlavə ediləcək

Whatsapp tərtibatçıları messencerə bir sıra faydalı funksiyanı əlavə etməyə hazırlaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, birinci yenilik Companion Mode rejimi adlanır. Bu rejim artıq messencerin beta versiyasında test edilir. Companion Mode rejimi messenceri eyni anda bir neçə smartfonda istifadə imkanını verəcək. Bu rejim çərçivəsində istifadəçinin əlavə smartfonları messencerə qoşması halında messencerdəki bütün çat tarixçələri digər smartfonlarda avtomatik olaraq sinxronlaşdırılacaq. Yəni çatlar bütün smartfonlarda görünəcək.

Companion Mode rejimindən əlavə olaraq Whatsapp-ın 2.22.24.18 nömrəli beta versiyasında messencerin Android planşetlərdə dəstəklənməsi səhifəsi aşkar edilib (technote.az). Messencerin Android planşetlərdə dəstəklənməsi yaxın zamanda reallaşdırılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR