• Bakı 21° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Apple şirkəti daha bir texnologiyanı kütləviləşdirdi

Multİmedia

21 Noyabr 2022 | 02:58

Apple şirkəti daha bir texnologiyanı kütləviləşdirdi

Canalys şirkətinin analitiklərinin fikirlərinə əsasən Apple şirkəti daha bir texnologiyanı kütləviləşdirə bilib.

Bakıvaxtı.az xəbər verir ki, söhbət, kompüterlər üçün nəzərdə tutulmuş ARM prosessorlardan gedir. Gözləntilərə əsasən yaxın zamanda hər üçüncü kompüter bu cür prosessor ilə təchiz olunacaq. Bir neçə il ərzində Qualcomm şirkəti noutbuklar üçün ARM prosessorları kütləviləşdirməyə çalışırdı. Lakin bu tapşırığın öhdəsindən sözün əsl mənasında Apple şirkəti gələ bilib.

Qeyd etmək lazımdır ki, 2020-ci ildən başlayaraq Apple öz kompüterlərini fərdi ARM prosessorlar ilə təchiz etməyə başladı. Hal hazırda Apple şirkətinin Mac seriyasına daxil olan bütün kompüterləri fərdi ARM prosessorlar ilə təchiz olunur. Məlumata əsasən son rüb ərzində Apple şirkətinin kompüterlər bazarındakı payı 13.5% təşkil edib. Bununla yanaşı bazarda ARM prosessorlarla təchiz olunan çoxlu sayda ChromeOS əməliyyat sistemli noutbuklar var.

Beləliklə, ARM prosessorlu kompüterlər bazarın 15%-ni əhatə edirlər. Analitiklərin fikirlərinə əasən 2026-cı ilə kimi onların bazardakı payları 30%-ə yüksələcək. Bununla belə gözləntilərə əsasən 4 ildən sonra bulud hesablama sistemləri üçün nəzərdə tutulmuş serverlərin yarısı məhz ARM prosessorlar vasitəsilə çalışacaqlar. ARM prosessorları vasitəsilə çalışan kompüterlərin məşhurlaşmasında həmçinin Qualcomm şirkəti də böyük rol oynaya bilər (technote.az). Son məlumatlara əsasən 2024-cü ildə Qualcomm Oryon nüvələrinə sahib yeni yüksək performanslı ARM prosessorlarını təqdim edəcək.


SON XƏBƏRLƏR

25 Aprel 2024