• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Multİmedia

26 Sentyabr 2022 | 05:50

Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

 Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.

Bakıvaxtı.az xəbər verir ki, lakin onların müxtəlif məhsullarda istifadəsi əlavə lisenziyalaşdırma xərcləri ilə əlaqəlidir. Ortaya çıxmış məlumata əsasən Google şirkəti bu vəziyyəti dəyişmək niyyətindədir. Belə ki, verilmiş məlumata əsasən Google Dolby Atmos və HDR formatlarının analoqlarını hazırlayır və həmin analoqlar pulsuz şəkildə istifadəyə veriləcək. Ortaya çıxmış məlumatda qeyd edilib ki, Google şirkəti HDR kontenti və 3D səsi yeni brend altında heç bir lisenziyalaşdırma xərci olmadan təklif etmək üçün yeni video və səs formatlarını təqdim etmək niyyətindədir.

Məsələn, Dolby Atmos və Vision texnologiyalarının istifadəsi yolunda 50$ dəyərində topdan satış qiymətinə sahib mediaplayer istehsalçıları müəyyən lisenziyanın əldə olunması üçün hər məhsula görə 2$ vəsait ödəyirlər. Məlumatda qeyd edilib ki, Google tərəfindən hazırlanacaq yeni video və səs formatları müvafiq sahənin forumu tərəfindən nizamlanacaq və təchizat istehsalçıları ilə xidmət təminatçılarına pulsuz şəkildə təklif ediləcək. Yeni video və səs formatlarının inkişaf platforması qismində Youtube çıxış edə bilər.

Qeyd etmək lazımdır ki, Youtube öz növbəsində Dolby Atmos və Vision texnologiyalarının dəstəyinə sahib deyil. İnsayderlər güman edirlər ki, şirkət tərəfindən hazırlanan yeni formatlar video və mahnı müəlliflərinə əlavə xərc olmadan Youtube-da daha keyfiyyətli kontentlər yerləşdirməyə imkan verəcəklər (technote.az). Məlumatda qeyd edilib ki, şirkət Project Caviar kod adına sahib bu təşəbbüs barəsində təchizat istehsalçıları və xidmət təminatçıları ilə müzakirələr aparmağa başlayıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024