Türkiyədə istifadə olunmayan və evdə saxlanılan milyonlarla mobil telefon üçün flaş addım atılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AK Partiya ən az 1 il istifadə edilməyən cib telefonlarının passivləşməsinə səbəb olacaq kritik qanun layihəsi hazırlayıb. Qanun layihəsinə əsasən, son bir ildə siqnal almayan bütün mobil telefonlar sıradan çıxarılacaq. Həmin mobil telefonların IMEI nömrəsi deaktiv edilərək istifadəyə yararsız hala salınacaq.
Təklifə əsasən, mobil telefondan sonuncu dəfə istifadə edən şəxs 1 ildən sonra sim kart taxarsa, telefon yenidən aktivləşdiriləcək. Lakin söndürülmüş telefon başqasına satılarsa və ya hədiyyə edilərsə, telefonu alan şəxsin sim kartı həmin telefonda işləməyəcək.
Aytac Aslan
















