• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İlon Maskdan sonra "Twitter"ə maraq artıb

MULTİMEDİA

10 Noyabr 2022 | 03:09 | Müəllif: Qalib İbrahimoğlu

İlon Maskdan sonra "Twitter"ə maraq artıb

"Twitter"in məşhurluq səviyyəsi rekord göstəricilərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Twitter"in yeni sahibi İlon Mask deyib.

Reklam verənlər üçün hazırlanmış materiallara əsasən Maskın "Twitter"in rəhbər vəzifəsinə keçidinin ilk həftəsində sosial şəbəkənin gündəlik istifadəçi kütləsi ortalama olaraq 20% yüksəlib. Məlumata əsasən "Twitter"in əsas bazarı hesab edilən ABŞ-da sosial şəbəkənin gündəlik istifadəçi kütləsinin artımı daha da yüksək olub. Bu ilin ikinci rübünün sonundan başlayaraq "Twitter"in monetizasiyaya məruz qalan gündəlik istifadəçi kütləsi 15 milyon istifadəçi artıb və ümumilikdə 250 milyon istifadəçiyə çatıb.

Bu ilin ikinci rübündə "Twitter"də gündəlik aktiv istifadəçi kütləsi 237.8 milyon insan idi. Bir neçə gün bundan öncə Mask bildirmişdi ki, "Twitter" reklam gəlirlərinin azalması ilə qarşılaşıb. Reklam verənlər üçün hazırlanmış hesabatda qeyd edilib ki, sosial şəbəkənin səhifələrində əks olunan nifrət məqsədli tweet-lərin sayı tarixi normadan yüksək deyil (technote.az). Belə ki, bu cür tweetlərin ümumi faiz göstəricisi 0.25-0.45% təşkil edir. Bununla yanaşı sosial şəbəkənin təmsilçiləri reklam verənlərə bildiriblər ki, "Twitter"in kontent moderasiyası sahəsindəki siyasətində həmin siyasətin formalaşmasında və idarəsində yaxından iştirak edəcək xüsusi komitə yaradılmayana kimi dəyişməyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026