• Bakı 13° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

iPhone 15 Pro-nun yeni dizaynda render fotoları təqdim edilib

Multİmedia

04 Dekabr 2022 | 04:11

iPhone 15 Pro-nun yeni dizaynda render fotoları təqdim edilib

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, gələn il təqdim ediləcək iPhone 15 bir qədər fərqli gövdə dizaynına sahib olacaq.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda qeyd edilmişdi ki, smartfon yastı kənar hissələr əvəzinə yuvarlaq kənar hissələr əldə edəcək və bu baxımdan o, iPhone 5c-yə bənzəyəcək. İndi isə internetdə bu cür dizaynda iPhone 15 Pro-nun render fotoları ortaya çıxıb. Bundan əlavə olaraq məlumata əsasən iPhone 15 titan materialdan hazırlanmış gövdəyə sahib olacaq. iPhone 12 seriyasından başlayaraq Apple artıq 3 ildir ki, öz smartfonlarında yastı səth dizaynından istifadə edir.

Bəzi Android smartfon istehsalçıları da öz məhsullarında sözügedən dizayndan istifadə etməyə başlayıblar (technote.az). Lakin bəzi istifadəçilər bu cür dizayndan şikayətlənərək qeyd edirlər ki, sözügedən dizayna sahib smartfonları uzun müddət ərzində əldə tutmaq olmur.


SON XƏBƏRLƏR

28 Mart 2024