• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Mask "Twitter"i necə görmək istəyir? - Planlar açıqlandı

MULTİMEDİA

11 Noyabr 2022 | 03:16 | Müəllif: Qalib İbrahimoğlu

Mask "Twitter"i necə görmək istəyir? - Planlar açıqlandı

"Twitter"in yeni sahibi olan İlon Mask yaxın gələcəkdə sosial şəbəkədə reallaşdırılacaq yeniliklər barəsində danışıb.

Bakıvaxtı.az xəbər verir ki, "Twitter" ilə bağlı gələcək planları barəsində Musk Twitter Spaces audio çatında sosial şəbəkənin istifadəçiləri ilə söhbət edərkən danışıb. Beləliklə Musk bildirib ki, o, kontent müəllifləri üzərindən qazanc əldə etməyi və bu mövzuda video formata daha çox diqqət ayırmağı planlaşdırır. O, ilk növbədə "TikTok"un artıq uğur qazandığı bizneslərdə özünü sınamaq niyyətindədir. "Twitter"də reallaşdırıla biləcək daha bir yenilik isə pul vəsaitlərinin göndərilməsi ola biər.

Əgər bu funksiya gələcəkdə reallaşdırılsa, deməli istifadəçilər müxtəlif debet kartlarını öz istifadəçi hesablarına bağlaya biləcəklər. Bunun sayəsində onlar sosial şəbəkə daxilində pul köçürmələrini reallaşdıra bilərlər. Nəticə etibarilə Mask "Twitter"i “dünyadakı hər şey üçün” nəzərdə tutulmuş tətbiqə çevirmək niyyətindədir. Çox güman ki, söhbət, super tətbiqlər kateqoriyasından gedir. Bu cür tətbiqlərə misal olaraq WeChat-ı gətirmək olar. Verilmiş məlumata əsasən Maskın audio çat vasitəsilə istifadəçilərlə ünsiyyəti məhz reklam verənlər üçün təşkil edilmişdi. Qeyd etmək lazımdır ki, "Twitter"in CEO-su vəzifəsində qısa müddət ərzində çalışmağa başlamasına baxmayaraq Musk ilə reklam verənlər arasında hədsiz soyuqluq yaranıb.

Reklam verənlər hətta "Twitter"dəki reklam kampaniyalarını da dayandırıblar. Belə ki, onlar sosial şəbəkə daxilində olacaq dəyişikliklərdən narahatdırlar. Mask isə istifadəçilər ilə ünsiyyət çərçivəsində qeyd edib ki, "Twitter" reklam verənlərə sadiq olaraq qalacaq və platforma sürətli temp ilə inkişaf etməyə başlayacaq. “Keçmişdəki vəziyyətdən fərqli olaraq "Twitter" böyük addımlarla inkişaf edəcək. Bilirsiniz, yerdə qalan hər şeyi nəzərə almasaq, mən texnoloqam və texnologiyaları daha sürətli çalışmağa məcbur edə bilərəm. Bu isə sizin Twitter-də görəcəyiniz bir şey olacaq”, - deyə Mask qeyd edib.

Mask həmçinin sosial şəbəkədə paylaşılan kontentlər ilə bağlı olan bir çox qaydaları aradan qaldıracağına söz verib. Yaxın aylar ərzində şirkət daxilində xüsusi şura yaradılacaq və həmin şura bu cür məsələləri nəzərdən keçirtmək və Maska konsultasiya vermək üzrə fəaliyyət göstərəcək. Bununla yanaşı Mask videokontentlə bağlı olan sahəyə külli miqdarda vəsait yatırmaq niyyətinin olduğunu təsdiqləyib. Güman olunur ki, Twitter Blue istifadəçiləri sosial şəbəkədə 10 dəqiqəlik videoların paylaşılması imkanını əldə edəcəklər (technote.az). Daha sonra bu limit 42 dəqiqəyə və bir qədər uzaq gələcəkdə bir neçə saata yüksəldiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026