• Bakı 16° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Whatsapp-da sistem boşluğu aşkar edilib

Multİmedia

28 Sentyabr 2022 | 04:00

Whatsapp-da sistem boşluğu aşkar edilib

Whatsapp-ın rəsmi saytında CVE-2022-36934 identifikatorlu sistem boşluğu barəsində məlumat ortaya çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən sistem boşluğu messencerin yeni versiyalarında aradan qaldırılıb. Lakin Whatsapp-ın köhnə versiyalarından istifadə edənlər üçün təhlükə riski hələ də var. Whatsapp tərtibatçıları istifadəçilərə messenceri yeniləməyi məsləhət görürlər. Beləliklə verilmiş məlumata əsasən hər hansısa hacker bu və ya digər istifadəçiyə öncədən ayarlanmış videonu göndərməklə messencer daxilindəki sistem boşluğu vasitəsilə istifadəçinin smartfonunda zərərli kodu işə sala bilər. Uzaqdan zərərli kodun işə salınması əsasında olan sistem boşluqları sayəsində hackerlər adətən istifadəçilərin cihazlarına zərərli proqram təminatlarını quraşdırırlar.

Onların arasında həmçinin cihazdan konfidensial məlumatları oğurlamaq üçün nəzərdə tutulmuş casus xarakterli proqram təminatları da var. Bununla yanaşı hackerlər bu cür sistem boşluqları sayəsində Android və iOS vasitəsilə çalışan cihazlar üzərində tam idarəetməni də əldə edə bilərlər. Whatsapp-da aşkar edilmiş CVE-2022-36934 identifikatorlu sistem boşluğuna gəldikdə isə o, kritik sistem boşluğu kimi təyin edilib və CVE indeksinə əsasən onun təhlükə səviyyəsi 10 xaldan 9.8 xala qiymətləndirilib (technote.az). Whatsapp tərtibatçıları bildiriblər ki, messencerin son versiyalarında bu sistem boşluğu aradan qaldırılıb. Buna görə də istifadəçilər öz cihazlarında messenceri son versiyaya kimi yeniləməlidirlər.


SON XƏBƏRLƏR