• Bakı 19° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

iPhone 14 təqdim olunub

Multİmedia

07 Sentyabr 2022 | 22:37

iPhone 14 təqdim olunub

Apple şirkəti yeni iPhone 14 smartfonlarını təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, smartfonlar iki versiyada buraxılacaq: 6,1 düymlük ekranla və MAX - 6,7 düym böyüdülmüş ekranla. Yeni modellərdə mini versiya yoxdur. iPhone 14 əvvəlki nəsil ilə eyni dizayndadır və beş rəngdə mövcuddur: ağ, qara, çəhrayı, xama, qırmızı. Apple batareyanın ömrünü artırdığını iddia edir, lakin dəqiq rəqəmlər vermir.

iPhone 14 əvvəlki nəsil altı nüvəli Apple A15 Bionic ilə eyni çipə, əsas kamera 12 meqapiksel təsvir ölçüsünə və f/1.5 diaframa malikdir. Təqdim olunan qurğular mobil operatorların əhatə dairəsi olmadıqda işləyəcək peyklər vasitəsilə fövqəladə rabitə funksiyasını dəstəkləyir.

"iPhone 14" 799 dollar, "iPhone 14 Max" 899 dollardır. Öncədən sifarişlər sentyabrın 9-dan qəbul ediləcək, smartfonlar isə sentyabrın 16-da satışa çıxarılacaq.

Sentyabrın əvvəlində Apple cihazın təkmilləşdirilməsi ehtiyacı fonunda yeni smartfonların uğurlu satışını proqnozlaşdırmışdı.


SON XƏBƏRLƏR

18 Aprel 2024