Ani mesajlaşma proqramı WhatsApp qrup və təkbətək söhbətlərdə məxfilik üçün yeni funksiyanı elan edib.
Bakıvaxtı.az-ın məlumatına görə, hazırlanma mərhələsində olan funksiya sayəsində birdəfəlik foto və videolardan skrinşot çəkmək mümkün olmayacaq. İstifadəçi skrinşot çəkməyə çalışarkən “Təhlükəsizlik siyasətinə görə skrinşot çəkə bilməzsiniz” xəbərdarlığı ilə qarşılaşır.
Ekran görüntüsünü çəkməyə cəhd edərkən qarşı tərəfə heç bir bildiriş göndərilmir.
Bu funksiyanın bu il bütün istifadəçilər üçün əlçatan olacağı gözlənilir.
Nuranə Daxilqızı
















