İlon Maskın “Twitter”i almasıyla bu platformadan çıxmalar bir oldu.
Bakıvaxtı.az xəbər verir ki. artlq bir neçə məşhur “Twitter”dən getdiyini bəyan edib. Qeyd edək ki, hələ aprel ayında bəzi məşhurlar Maskın müqaviləsi bağlandıqdan sonra platformanı tərk edəcəklərini vəd etmişdilər.
Sosial media gündəminə bomba kimi düşən həmin məşhurları və açıqlamalarını təqdim edirik:
Ssenari müəllifi, prodüser Şonda Rhimes son bir neçə gündə platformadan üz döndərən azsaylı məşhurlardan biridir. "Grey's Anatomy" və "Bridgerton" filmlərinin yaradıcısı Şonda tvit yazıb: "İlonun planlaşdırdığı bir şeyə ilişməyin. Əlvida".
Qremmi mükafatlı müğənni-bəstəkar Sara Bareilles də platformanı tərk edəcəyini söyləyib. "Vau! Əyləncəli bir Tvitter oldu. Başqa platformalarda görüşənədək. Bağışlayın, bu mənlik deyil", - deyə Bareilles tvit yazıb
Emmy mükafatlı "Bu Bizik" serialının icraçı prodüseri Ken Olin də “Twitter”dən ayrıldığını bildirib: "Mən buradan gedirəm. Heç bir hökm yoxdur".
“Milyardlar”ın icraçı prodüseri Brayan Koppelman da hesabını dayandırıb. O, “Twitter” izləyicilərinə onu “Instagram” və “TikTok”da izləmələrini deyib: "Hamınız məni “Instagram”da və tokda tapın. Mən, doğrudan da, buradan gedərək nəfəs alacağam, tezliklə gəlin".
"Bill & Ted"in ulduzu Aleks Vinter də platformanı tərk etmiş kimi görünür. Məşhurun “Twtter” profili boş görünür, tvit tarixçəsi silinib. Onun tərcümeyi-halında sadəcə olaraq deyilir: "Burada deyil. IG: @alxwinter"
Aytac Aslan



















