• Bakı 19° C

    4.58 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Twitter özünün ən aktiv istifadəçilərini itirir

Multİmedia

29 Noyabr 2022 | 03:00

Twitter özünün ən aktiv istifadəçilərini itirir

Bir neçə müddət bundan öncə "Twitter"in yeni sahibi olmuş İlon Maskın proqnozlarına əsasən sosial şəbəkə tədricən öz istifadəçi kütləsini artırmağa başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, yeni funksiyalara və imkanlara sahib olacaq Twitter 2.0-da yaxın 12-18 ay ərzində aylıq istifadəçi kütləsi 1 milyard insan təşkil edəcək. Məlumata əsasən bu ilin ikinci rübündə sosial şəbəkənin istifadəçi kütləsi 238 milyon insan təşkil etmişdi. Bununla belə son zamanlarda Twitter-də yeni istifadəçilərin sayı bir xeyli artıb.

Bundan əlavə olaraq Mask qeyd edib ki, sosial şəbəkə daxilində nifrət xarakterli paylaşımların sayı da azalıb. Reuters saytının materiallarından birinə əsasən hal hazırda Twitter özünün ən aktiv istifadəçilərini itirməkdə davam edir (tehnote.az). Həmin istifadəçilər sosial şəbəkənin ümumi istifadəçi kütləsinin 10%-ni təşkil etsələr də, tweet-lərin 90%-i məhz onlar tərəfindən paylaşılır və şirkətin qlobal gəlirləri onların hesablarına təmin edilir.

Maskın sözlərinə əsasən Twitter 2.0 bir çox yeni funksiyanı əldə edəcək. Onların arasında mesajların end-to-end şifrələnməsi, uzun paylaşımlar və sosial şəbəkə daxilində ödənişlər sistemi olacaq.


SON XƏBƏRLƏR