• Bakı 23° C

    9.68 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Multİmedia

10 Avqust 2022 | 06:27

iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək. 

Bakıvaxtı.az-ın məlumatına görə, Bloomberg-in jurnalisti olan Mark Gurman-ın sözlərinə əsasən Apple yeni iPhone modellərinin təqdimatları ilə bağlı olan virtual təqdimatın çəkilişlərinə artıq start verib. Lakin maraqlısı ondadır ki, internetdə həmçinin iPhone 14 Pro modelinin real fotoları ortaya çıxıb. Təqdim edilmiş fotolardan bəzilərində iPhone 14 Pro ilə iPhone 13 Pro arasında fərqləndirmə də var. Beləliklə fotolara əsasən demək olar ki, ümumi dizayn baxımından yeni iPhone modellərində heç bir dəyişiklik olmayacaq. iPhone 14 Pro həmin yastı kənar hissələrə sahib olacaq və LiDAR skanerli üçlü arxa kamera ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, yeni smartfonun arxa kamera sahəsinin ölçüsü bir qədər böyükdür.

Əsas vizual dəyişiklik isə smartfonun ön panelindədir. Belə ki, iPhone 14 Pro-nun ekranı ənənəvi çıxıntı hissəyə sahib olmayacaq. Bunun yerinə ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik ölçülü dairəvi və Face ID sistemi üçün nəzərdə tutulmuş oval formalı çıxıntı hissə yerləşəcək. Son məlumatlara əsasən iPhone 14 Pro və iPhone 14 Pro Max modelləri 1-120 Hz-lik təsvir yenilənməsinə sahib yeni nəsil ekranlar ilə təchiz olunacaqlar. Bundan əlavə olaraq smartfonların ekranları Always on Display funksiyasının dəstəyinə sahib olacaqlar. Gözləntilərə əsasən iPhone 14 Pro modelləri A16 Bionic prosessoru ilə təchiz olunacaqlar (technote.az). Bundan əlavə olaraq iPhone 14 Pro modellərinin qymətlərində 100$ artım olacağı güman edilir. iPhone 14 smartfon seriyasının sentyabr ayının ortasında təqdim ediləcəyi gözlənilir.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022