• Bakı 23° C

    2.33 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

"Meta"dan ŞAD XƏBƏR: "Facebook"da beş hesab açmaq olacaq

MULTİMEDİA

15 Iyul 2022 | 21:42 | Müəllif: Subhan Mahmudov

"Meta"dan ŞAD XƏBƏR: "Facebook"da beş hesab açmaq olacaq

Amerika "Meta Platforms Inc." şirkəti istifadəçilərə "Facebook" sosial şəbəkəsində birdən çox hesab yaratmağa imkan verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, sınaq mərhələsində məhdud sayda Facebook istifadəçisi dörd əlavə hesab yarada biləcək. Bu halda hər birində əsl adı göstərmək lazım deyil.

Ehtimal olunur ki, iş və dostlarla ünsiyyət üçün ayrı hesabların olması mümkün olacaq, onların öz xəbər lentləri olacaq. Bununla belə, yalnız bir profildən nəşrləri şərh etmək və ya bəyənmək mümkün olacaq.

Bu təşəbbüs "Meta"nın daha çox istifadəçi cəlb etmək səylərinin bir hissəsidir, çünki artım yavaşlayır, xüsusən də gənc istifadəçilər arasında.

Əlavə profillər əsas hesabla əlaqələndiriləcək, yəni bir profildə qaydaların pozulması digərlərinə də təsir edəcək.

Xatırladaq ki, daha əvvəl "Instagram" itkin düşən uşaqların axtarışına kömək edəcək funksiyanı işə salmışdı. (publika.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026