• Bakı 22° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İl ərzində neçə uşaq yol qəzalarında öldü?

CƏMİYYƏT

01 Iyun 2023 | 11:57

İl ərzində neçə uşaq yol qəzalarında öldü?

"Bu il yol qəzalarında 7 uşaq ölüb, 27 nəfər xəsarət alıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəhbəri Namidan Piriyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı tədbirdə deyib .

Onun sözlərinə görə, ötən il isə yol qəzalarında 57 uşaq ölüb, 5 uşaq xəsarət alıb:

"Qəzaların statistikasını hazırlayanda uşaqların statistikası ayrıca verilir. Ölüm və xəsarətlə nəticələnən bu hadisələrin kökündə bəzən piyadaların öz həyatlarını heçə sayması, ani diqqətsizliyi və ya məsuliyyətsizliyi dayanır. “Gedəcəyim ünvana daha tez çatım” prinsipini əsas tutan belə piyadalar yola necə gəldi çıxırlar. Təəssüf ki, ölümü keçiddən üstün sayan piyadalar hətta 4-6 zolaqlı, sürətli yollarda belə yaxınlaşan avtomobilin qarşısına qəfil çıxmaqla qəzaların qurbanına çevrilirlər".


SON XƏBƏRLƏR