• Bakı C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.7604

    RUB - 1.7617

İlham Əliyev: Azərbaycan sabit iqtisadiyyat qurub

SİYASƏT

12 Fevral 2025 | 10:25

İlham Əliyev: Azərbaycan sabit iqtisadiyyat qurub

Azərbaycan sabit iqtisadiyyat qurub, sabit siyasi sistemi var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan artıq xeyli iş görüb:

"Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq”.


SON XƏBƏRLƏR