"Rusiyaya Ukraynadakı münaqişənin səbəblərini aradan qaldırmağa əsaslanan daimi və davamlı sülh lazımdır".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, hər dəfə razılaşmalar bağlanandan sonra Moskvanın aldadıldığı məlum olub:
"Əgər avropalılar ABŞ-nin gözünün üstünə yun çəkmək istəsələr, Tramp administrasiyası bunu yoluna qoyacaq".
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar baş tutub. Görüşdən sonra Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib.
Gülşən Şərif