• Bakı 19° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.03

Ermənistan referenduma getməli və...

SİYASƏT

26 Oktyabr 2024 | 10:04

Ermənistan referenduma getməli və...

Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Bakıvaxtı.az xatırladır ki, görüş Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti çərçivəsində oktyabrın 24-də baş tutub.

İlham Əliyevlə Nikol Paşinyan arasında olan görüşü Bakıvaxtı.az-a şərh edən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bu görüşdə hərtərəfli müzakirələr aparılıb, eyni zamanda sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya, demarkasiyası və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

A.Nağıyev qeyd edib ki, müzakirənin nəticəsi kimi xarici işlər nazirlərinə sülh müqaviləsinin imzalanması üçün gələcək işlərini davam etdirmək, eyni zamanda son sənədin ortaya çıxarılması üçün həmin müddəaların razılaşması istiqamətində tapşırıqlar verilib.

Arzu Nağıyev, deputat

Onun sözlərinə görə, Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasında Ermənistan tərəfinin 80-90%-nin artıq hazır olması barədə açıqlamalar verir. Deputat nəzərə çatdırıb ki, Azərbaycan tərəfininin də həmin müddəalarla bağlı öz ciddi fikirləri var ki, bu, əsasən Ermənistan Konstitusiyasında dəyişikliklik və ATƏT-in Minsk qrupunun həmsədrliyinin buraxılması məsələsidir. Həmsöhbətimiz izah edib ki, yəni, Azərbaycanın şərti Almata sazişinə uyğun olaraq 1991-ci ildə hansı ərazi bütövlüyü varsa, onu tanımaqdır və heç bir vaxt Qarabağın Ermənsitana birləşməsi ilə bağlı 1989-cu ildəki deklarasiyanı qəbul etməməkdir:

“Azərbaycan və Ermənistan liderləri öz çıxışlarında da belə bir sülh müqaviləsinin imzalanması üçün hansı addımların atılacağı haqqında məlumatlar verdilər. Təbii ki, Paşinyan Konstitusiyada dəyişikliyin edilməsi ilə bağlı müəyyən addımlar atılacağı haqqında razılığa gəlindiyini bildirdi. Lakin bu, birmənalı şəkildə referendumla həyata keçirilməlidir və bu addımların atılması mütləq şəkildə vacibdir”.

Müsahibimiz onu da söyləyib ki, Ermənistan Azərbayacana Naxçıvanla yolların açılması, sərhəd məsələləri, gömrük məsələləri ilə bağlı təkliflər irəli sürüb və Ermənistanın maraqlı olduğu-istər kəmərlərin keçirilməsi, istər nəqliyyat kommunikasiyaları ilə bağlı müəyyən məlumatlar verib.

Mina Mikayılova


SON XƏBƏRLƏR