• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək - FƏRMAN

SİYASƏT

23 Noyabr 2024 | 17:51

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək - FƏRMAN

Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmə təkmilləşdiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

fərmana əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin funksiyalarının aidiyyəti üzrə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməli; normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; müvafiq səlahiyyətlərin aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026