• Bakı 19° C

    2.55 m/s

İlham Əliyev Zelenskiyə başsağlığı verdi

SİYASƏT

18 Yanvar 2023 | 22:21 | Müəllif: Subhan Mahmudov

İlham Əliyev Zelenskiyə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Vladimir Zelenskiyə Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərindəki helikopter qəzası ilə bağlı başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, başsağlığı məktubunda qeyd olunur:

"Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR