• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Deputatlar bu qanun layihəsinə etiraz etdilər

SİYASƏT

17 Fevral 2023 | 16:16 | Müəllif: Qalib İbrahimoğlu

Deputatlar bu qanun layihəsinə etiraz etdilər

“Necə ola bilər ki, Milli Məclisin razılığı olmadan xüsusi rejim tətbiq olunur?”

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

“Fövqəladə vəziyyət haqqında” qanununda dəyişiklik edilməsi barədə layihəyə etiraz edən F.Mustafa, sosial xarakterli fövqəladə mühit rejiminin Konstitusiyaya zidd olduğunu vurğulayıb. O, qanun layihəsinə Milli Məclisin razılığı, eləcə də sosial xarakterli fövqəladə mühit rejiminin müddəti məsələsinin əlavə olunmasını təklif edib.

Deputat Qüdrət Həsənquliyev də qanuna dəyişikliyin Konstitusiyaya zidd olduğunu vurğulayıb.

Millət vəkili Nigar Arpadarai isə qanun layihəsinin bir sıra problemlərə səbəb ola biləcəyini və yenidən baxılmalı olduğunu qeyd edərək, müzakirələrə ehtiyac duyuldu\unu vurğulayıb.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deputatların təkliflərinə cavab olaraq, sosial xarakterli fövqəladə mühit rejiminin fövqəladə vəziyyətlə fərqli anlayışlar olduğunu diqqətə çatdırıb:

“Fazil bəy, siz rejimin tətbiqinin Milli Məclislə razılaşdırılmalı olduğunu dediniz. Lakin burada söhbət fövqəladə vəziyyətdən getmir. Mən sizdən də, Qüdrət bəydən də Konstitusiyanın qeyd olunan bəndlərinə yenidən baxmağınızı xahiş edirəm. Sosial xarakterli fövqəladə mühit rejimi fövqəladə vəziyyət rejimindən əvvəl və sonra tətbiq oluna bilər”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR