İsrail Qəzzada atəşkəs razılaşmasının ilk mərhələsində 737 məhbusun azad ediləcəyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki bu barədə Ədliyyə Nazirliyi saytında bəyanat dərc olunub.
İsrailin Ədliyyə Nazirliyi bəyanatında şənbə günü təsdiqlənmiş Qəzzada atəşkəs və girovların azad edilməsi sazişinin birinci mərhələsi çərçivəsində 737 məhbusun azad ediləcəyini bildirib.
Qeyd edilib ki, hazırda həbsxana xidmətinin nəzarətində olan 737 məhbusun azad edilməsini hökumət təsdiqləyir.