İsrail Həbsxana Xidməti azadlığa buraxılan fələstinli məhbuslara üzərində "Unutmayacağıq və bağışlamayacağıq" yazılı, Davud ulduzu simvolu olan köynəklər geyindirərək onların fotoşəkillərini yaydı.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, qərar İsrail həbsxanalarının komissarı Kobi Yaakobi tərəfindən verilib.
Daha əvvəl də azad edilən məhbuslara İsrail bayrağı və "Düşmənlərimi izləyib onları ələ keçirəcəyəm" yazısı olan bilərziklər verildiyi bildirilir.
Azad olunan fələstinli məhbuslar Qəzzayə çatdıqda onlara zorla geydirilən geyimləri yandırıblar. HƏMAS İsrailin bu addımını pisləyərək, bunun beynəlxalq hüququn pozulması olduğunu bildirib.
Nuriyyə Musayeva