ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı İranın heç vaxt İsraili məhv edəcək mövqedə olmaması barədə razılaşıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin liderlərin telefon danışığı ilə bağlı bəyanatında bildirilib.
Bildirilib ki, prezidentlər Yaxın Şərqdə gələcək münaqişələrin qarşısının alınması ilə bağlı ətraflı müzakirə aparıblar.
Eyni zamanda, liderlər ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı olacağı bir gələcəyin böyük üstünlüklərə malik olacağında razılaşıblar.