• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Ekrem İmamoğlu saxlanıldı -VİDEO

DÜNYA

19 Mart 2025 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

Ekrem İmamoğlu saxlanıldı -VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqqında həbs qərarı çıxarılıb.

Bakıvaxtı.az bu barədə "Haber Global"a istinadla xəbər verir.

Məlumata görə, İmamoğlunun evində axtarış aparılır.

Qeyd olunur ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində Ekrem İmamoğlu və onun mətbuat müşaviri Murat Ongun da daxil olmaqla 100 nəfər haqqında həbs qərarı çıxarılıb.

Blədiyyə sədrinin Sarıyerdəki iqamətgahı ətrafında çoxlu sayda polis təhlükəsizlik tədbirləri görüb.

İmamoğlu sosial media hesabında “Xalqın iradəsinə zərbə vurulur” deyərək video yayımlayaraq ilk açıqlamasını verib.

Murad Məmmədli

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026