• Bakı 12° C

    14.27 m/s

  • USD - 1.7

    EUR - 1.855

    RUB - 2.0347

Berboka yeni vəzifə verilir

DÜNYA

19 Mart 2025 | 00:21

Berboka yeni vəzifə verilir

Almaniya hökuməti ölkənin xarici işlər naziri Annalena Berbokun ("Yaşıllar") 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DPA agentliyi Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Almaniyanın yeni hökuməti formalaşana qədər Berbok xarici işlər naziri vəzifəsini icra edir. Yeni Nazirlər Kabinetinin aprelin 20-dək yaradılması planlaşdırılır. "Yaşıllar" koalisiya danışıqlarında iştirak etmirlər, ona görə də onların koaliosiyaya daxil olma ehtimalı azdır.

Baş Assambleyanın Berboku iyunda sədr seçəcəyi planlaşdırılır, sentyabrda isə o, yeni vəzifəsinin icrasına başlayacaq. DPA yazır ki, onun seçilməsi formallıq sayılır. Berbok vəzifəyə gəldikdən sonra Bundestaqın deputatı mandatından imtina edəcək. May ayında o, Nyu-Yorkda iş proqramını təqdim edəcək.

Almaniya hökuməti hesab edir ki, onun təyinatı Almaniyanın BMT prinsiplərinə qəti sadiqliyini nümayiş etdirəcək./report


SON XƏBƏRLƏR

18 Mart 2025