• Bakı 17° C

    3.15 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

İlkay Gündoğan ayın futbolçusu seçildi

İDMAN

13 Mart 2021 | 00:44

İlkay Gündoğan ayın futbolçusu seçildi

“Mançester Siti”də forma geyən türkəsilli futbolçu İlkay Gündoğan İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az-ın məlumatına görə, müvafiq qərar Premyer Liqanın rəsmi saytında yerləşdirilib.

30 yaşlı yarımmüdafiəçi Bruno Fernandeş, Cessi Linqard kimi futbolçuları geridə qoyaraq bu ada layiq görülüb.

Yanvardan sonra fevralda da ayın oyunçusu seçilən İlkay “Mançester Siti”nin bu adı iki dəfə ardıcıl qazanan ilk futbolçusu olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026