• Bakı 19° C

    7.99 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

İmişli regional ədliyyə idarəsi “Şahmat turniri” keçirdi - FOTOLAR

CƏMİYYƏT

22 Noyabr 2023 | 14:46

İmişli regional ədliyyə idarəsi “Şahmat turniri” keçirdi - FOTOLAR

İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində ədliyyə işçilərinin peşə bayramı münasibətilə regional idarənin və yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının əməkdaşlarının, eləcə də İmişli rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanları işçilərinin və bir neçə bələdiyyə sədrinin iştirakı ilə “Şahmat Turniri” keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, turnir Elm və Təhsil Nazirliyinin İmişli rayonu üzrə Şahmat məktəbinin dəstəyi ilə adıçəkilən qurumun binasında təşkil edilib.

Əvvəlcə regional idarənin rəhbərliyi, qonaqlar və iştirakçılar turnirin keçirildiyi inzibati binada Ulu Öndər Heydər Əliyevin xatirəsinə hazırlanmış stendlə tanış olub və önünə gül dəstələri qoyublar.

“Şahmat Turniri”nin yekununda İmişli regional ədliyyə idarəsi tərəfindən hazırlanmış xatirə hədiyyələri, Şahmat məktəbinin diplomları, habelə ədliyyə işçilərinə göstərilən xüsusi diqqətə və turnirin daha da maraqlı olması məqsədilə idarəmizlə əməkdaşlıq çərçivəsində “İSTEK GROUP” MMC-nin maliyyə dəstəyi ilə ilk üçlüyü tutan qaliblərə və oyunu idarə edən hakimlərə pul mükafatı verilib. Turnirdə ikinciliyi qazanan Saatlı rayon icra və probasiya şöbəsinin rəisi Araz Hüseynov ona təqdim olunan xatirə hədiyyəsi, diplomla yanaşı pul mükafatına görə təşəkkürünu bildirib, bütün ədliyyə işçilərini təbrik edib və sonda ona verilən pul mükafatını könüllü olaraq “YAŞAT” fonduna ianə edəcəyini qeyd edib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tərəfimizdən xüsusi hazırlanan və üzərində idarənin rekvizitləri qeyd olunmuş hədiyyə plaketi turnirin keçirilməsində göstərdiyi dəstəyə görə adıçəkilən qurumun rəhbərliyinə təqdim olunub.

Sonda xatirə şəkili çəkdirilib.


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025