• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Sərnişinin vəziyyəti pisləşdi: Təyyarə Bakıda təcili eniş etdi

CƏMİYYƏT

22 Dekabr 2023 | 13:47

Sərnişinin vəziyyəti pisləşdi: Təyyarə Bakıda təcili eniş etdi

Sərnişinin halı pisləşdiyi üçün təyyarə təcili eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Turkish Airlines” aviaşirkətinə məxsus Lahor-İstanbul reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Airbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib.

Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 13:21-da Bakıdan İstanbula qalxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026