• Bakı 15° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

SON DƏQİQƏ: Rüfət Hacıyev həbs olundu 

CƏMİYYƏT

20 Yanvar 2024 | 18:32

SON DƏQİQƏ: Rüfət Hacıyev həbs olundu

Quba-Xaçmaz Regional Elm və Təhsil İdarəsinin sabiq rəisi Rüfət Malik oğlu Hacıyev həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, sabiq idarə rəisi barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, 38 yaşlı Rüfət Hacıyev noyabrın 28-də istefa verib. O, istefasından bir neçə gün əvvəl Xaçmazda 4 saylı tam orta məktəbdə 7-ci sinif şagirdi Nizam Mirzəyevi döyməklə gündəmi zəbt etmişdi.

Bir müddət əvvəl isə Xaçmazda icra başçısı Elnur Rzayev iclasda iştirak edən Rüfət Hacıyevə  irad bildirərək, stolun üzərinə qoyduğu mobil telefonunu götürməyi istəsə də, tələbə əməl etməyən sabiq rəis iclasdan qovulmuş və bununla da daha bir qalmaqal yaşamışdı./Bizim media


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026