• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi oldu - VİDEO

CƏMİYYƏT

19 Fevral 2024 | 15:37

Prezident İlham Əliyevin Ankarada rəsmi qarşılanma mərasimi oldu - VİDEO

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Sonra Azərbaycan və Türkiyə prezidentləri rəsmi foto çəkdiriblər.

...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 19-da Türkiyənin paytaxtı Ankara şəhərində rəsmi qarşılanma mərasimi olub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026