• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Naxçıvanda yağış, sulu qar və qar yağıb

CƏMİYYƏT

20 Mart 2024 | 12:40

Naxçıvanda yağış, sulu qar və qar yağıb

Martın 20-i saat 07:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan muxtar respublikası ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağış, sulu qar və qar yağıb.

Bakıvaxtı.az xəbər verir ki, ayrı-ayrı yerlərdə intensiv xarakter alıb.

    Yağışın miqdarı

    Naxçıvan şəhərində 23 mm, Şahbuzda 20 mm, Şərurda 38 mm, Ordubadda 8 mm, Culfada 11 mm, Kəngərlidə 30 mm, Sədərəkdə 21 mm, Biçənəkdə (Şahbuz) 12 mm və Parağaçayda (Ordubad) 11 mm olub.

    Qarın hündürlüyü

    Qeyd edək ki, Saat 07:00-a olan məlumata əsasən qarın hündürlüyü Küküdə (Şahbuz) 6 sm, Biçənəkdə (Şahbuz) 6 sm,

    Nürgütdə(Ordubad) 10 sm, Ərəfsədə (Culfa) 4 sm və Parağaçayda (Ordubad) 3 sm olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026